Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı uşaq musiqi məktəbində general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
12 saylı uşaq kitabxanası ilə birgə hazırlanmış tədbirdə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.
Çıxışlarda generalın keçdiyi şərəfli yoldan söz açılıb. Məktəbin xalq çalğı alətləri şöbəsinin və xanəndəlik sinfinin şagirdləri maraqlı ifalarla çıxış ediblər.
* * *
Cəmşid Naxçıvanskinin yubileyi ilə əlaqədar Salyandakı Qulu Əsgərov adına incəsənət məktəbində də tədbir keçirilib. Yubiley mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, N saylı hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.
Tədbirdə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri C.Naxçıvanskinin hərb tariximizdəki xidmətlərindən, bacarıqlı sərkərdə kimi döyüş yolundan bəhs ediblər. Qeyd olunub ki, general Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə, eləcə də Bakıda daşnak-bolşevik birləşmələrinə qarşı mübarizədə vətənpərvərlik borcunu layiqincə yerinə yetirib. Tədbir incəsənət məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mahnıları ilə başa çatıb.