Noyabrın 22-də Sumqayıt şəhərinin 75 yaşı tamam olub. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.
Sumqayıt şəhərinin 75 illiyi münasibətilə Prezident İlham Əliyev 2024-cü il noyabrın 23-də sərəncam imzalayıb. Sərəncamla Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
***
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
İsmayılov Ramiz Abuzər oğlu
İsmiyev Cümşüd Rüstəm oğlu
Sadıxov Rauf İzzət oğlu
“Tərəqqi” medalı ilə
Ağayev Fuad Gülbala oğlu
Babayev Eldəniz Mirzə oğlu
Eminov Şirvan Ələkbər oğlu
Eyvazov Eyvaz Barat oğlu
Əfəndiyev Rahib Vaqif oğlu
Əhmədova Xavər Məmməd qızı
Hüseynov Ramiz Ağəli oğlu
İmranov Ayaz İmran oğlu
Qasımov Əyyar Zəki oğlu
Quliyeva Sevinc Mövlud qızı
Müzəffərova Ülviyyə Baba qızı
Rəcəbli Fərhad İzzət oğlu
Saydumov Tofiq Saydum oğlu
Süleymanov Mübariz Rəfael oğlu
Şahbazov Akif Səfər oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2024-cü il