Noyabrın 22-də Sumqayıt şəhərinin 75 yaşı tamam olub. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

Sumqayıt şəhərinin 75 illiyi münasibətilə Prezident İlham Əliyev 2024-cü il noyabrın 23-də sərəncam imzalayıb.  Sərəncamla Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

***

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

İsmayılov Ramiz Abuzər oğlu

İsmiyev Cümşüd Rüstəm oğlu

Sadıxov Rauf İzzət oğlu

 

“Tərəqqi” medalı ilə

Ağayev Fuad Gülbala oğlu

Babayev Eldəniz Mirzə oğlu

Eminov Şirvan Ələkbər oğlu

Eyvazov Eyvaz Barat oğlu

Əfəndiyev Rahib Vaqif oğlu

Əhmədova Xavər Məmməd qızı

Hüseynov Ramiz Ağəli oğlu

İmranov Ayaz İmran oğlu

Qasımov Əyyar Zəki oğlu

Quliyeva Sevinc Mövlud qızı

Müzəffərova Ülviyyə Baba qızı

Rəcəbli Fərhad İzzət oğlu

Saydumov Tofiq Saydum oğlu

Süleymanov Mübariz Rəfael oğlu

Şahbazov Akif Səfər oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2024-cü il