Xocalı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət evində (Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində) yeniyetmə və gənclər arasında bədii qiraət və aktyorluq qabiliyyəti üzrə müsabiqə keçirilib.
Gənc istedadların üzə çıxarılması məqsədi daşıyan müsabiqədə bədii qiraət üzrə 1-ci yeri Xocalı rayon Meşəli kənd orta məktəbinin şagirdi Könül Qasımova, 2-ci yeri Xocalı şəhər 4 saylı orta məktəbin şagirdi Mətanət Quliyeva, 3-cü yeri isə Xocalı rayon Cəmilli kənd orta məktəbinin şagirdi İntiqam Quliyev tutub.
Aktyorluq qabiliyyəti üzrə 1-ci yeri Meşəli kənd orta məktəbinin şagirdləri tutublar. Xocalı şəhər tam orta məktəbin şagirdləri 2-ci, Cəmilli kənd orta məktəbin şagirdləri isə 3-cü olublar.
Hər iki nominasiya üzrə fərqlənənlər diplom və hədiyyələrlə təltif ediliblər.