Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Almaniyada yaşayan soydaşımız, Əməkdar rəssam Əşrəf Heybətovun fərdi sərgisinin açılışı olub.
Fırça ustasının 65 illik yubileyinə həsr olunmuş sərgidə 45 əsəri nümayiş etdirilir.
Rəssamlar Birliyinin sədri, millət vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva sərgini açaraq yubilyarın sənət yolu, yaradıcılıq xüsusiyyətləri barədə danışıb.
Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova rəssamı 65 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Sonra iştirakçılar sərgidə yer alan əsərlərlə tanış olublar.
Dekabrın 26-da isə sərgi salonunda Əşrəf Heybətov bölgədəki gənc rəssamlar üçün ustad dərsi keçib.
Qeyd edək ki, Ə.Heybətov UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar İttifaqının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Soltan