Ağstafa rayon Mərkəzi kitabxanasında 2, 3, 4 və 5 saylı uşaq bağçaları ilə birlikdə Yeni il şənliyi keçirilib. MKS-nin direktoru İ.Namazova, kitabxanaçı L.Məhərrəmova şənlik iştirakçılarını təbrik ediblər.
Sonra söz uşaqlara verilib. Onların ifasında Vətənə, Yeni ilə həsr olunmuş şeirlər səsləndirilib, maraqlı rəqslər, “Turp” və “Tıq-tıq xanım” nağılları əsasında səhnəciklər nümayiş etdirilib. Şənlikdə iştirak edən uşaqlara Şaxta baba tərəfindən hədiyyələr verilib.