Qax Dövlət Kukla Teatrı da Yeni il münasibətilə uşaqlara maraqlı bayram proqramı təqdim edib.
Əvvəlcə Yeni ilin personajları - Şaxta baba ilə Qar qız uşaqları bayram münasibətilə təbrik edib, onlarla birgə əylənib, rəqs edib, balacaları bayram hədiyyələri ilə sevindiriblər.
Sonra uşaqlar Əhməd Orucun qələmə aldığı “Zınqırovlu pişik” əsərinin tamaşasına baxıblar. Rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Aynurə Abbasova və başqaları ifa edib. Teatrda bayram şənlikləri üç gün davam edib.