Ağcabədi rayonunda da uşaqlar üçün rəngarəng Yeni il şənlikləri təşkil edilib. Mədəniyyət evində Ağcabədi şəhər incəsənət məktəbinin şagirdləri tərəfindən təqdim edilən “Qış nağılı” adlı növbəti şənlikdə 1, 5, 7 və 12 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şaxta baba, Qar qız və nağıl qəhrəmanları uşaqları şənləndiriblər. Musiqi nömrələri, maraqlı səhnəciklər, əyləncəli oyunlar, rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.