Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzi N saylı hərbi hissədə konsert proqramı təşkil edib.
“Qarabağ” ansamblı proqramla çıxış edib. Ansamblın solistləri Ərəstun Əliyev, Elçin Qasımov, Ramil Zeynalovun ifasında muğam və xalq mahnıları, Ramin Məmmədovun sazda ifa etdiyi “Misri” havası alqışlarla qarşılanıb. Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbi, 3 saylı uşaq musiqi məktəbi və Kolayır kənd musiqi məktəbinin kollektivləri də hərbi hissələrdə çıxış ediblər. Kətəlparaq uşaq musiqi məktəbi isə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları taborunun qonağı olub.
Hərbi hissələrin komandirləri mədəni xidmət üzrə şəxsi heyətin adından təşəkkürlərini bildirərək kollektivlərə fəxri fərmanlar təqdim edib.