Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialının əməkdaşı tərəfindən “Heydər Əliyev: siyasi hakimiyyətin 55 illik yubileyi” adlı videoçarx hazırlanıb.

Videoçarxda “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982)”, “Heydər Əliyev SSRİ rəhbərliyində (1982-1987)”, “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin banisidir (1993-2003)” bölmələrində iki ictimai-siyasi quruluşda ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında məlumat verilib.

Ceyhun Həsrətin Ümummilli liderin əziz xatirəsinə ithaf olunan “Adınla yaşayır Azərbaycan” mahnısının fonunda təqdim olunan videoçarxda əbədiyaşar şəxsiyyətin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, layiq görüldüyü dövlət təltifləri və ömründən anların yer aldığı videogörüntülər nümayiş olunur.

Videoçarxı kitabxananın yutub kanalında izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=fIwaz2_7H34