Yanvarın 9-da Quba şəhər Azad Məmmədov adına təbiət elmləri təmayüllü məktəb-liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2015-2016-cı dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə üç mərhələdən ibarət olub.
İlk mərhələdə şagirdlər biliklərini oxuduqları təhsil müəssisələrində sınayıblar.
Müsabiqənin rayon mərhələsində 100-ə yaxın şagird biliklərini nümayiş etdirib. Bu turda rayondan seçilən məktəblilər respublika mərhələsinə vəsiqə qazanacaq.
“Ədəbiyyat biliciləri” müsabiqəsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək məqsədi daşıyır.