Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilib.
Yanvarın 11-dən başlayaraq rayon Mədəniyyət mərkəzində faciə şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya, Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyində tarix dərsləri, rəsm qalereyasında məktəblilərin rəsm işlərindən ibarət sərgi, uşaq incəsənət məktəbində xüsusi dərslər və mərkəzi kitabxanada 20 Yanvar faciəsini əks etdirən kitab, fotoşəkil və digər çap məhsullarından ibarət sərgilər keçirilir.