Sumqayıtın Tarixi Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar sərgi açılıb. “Bakı, 20 yanvar 1990” adlı sərgi muzeyin “Şəhidlər qalereyası”nın zalında təşkil edilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, sərgidə faciəni əks etdirən fotoşəkillər, sənədlər yer alıb. Həmçinin sumqayıtlı rəssamlar N.Dadaşov və M.Cəfərovun rəsm əsərləri sərgilənib.