Qusarda gənc rəssamların sərgisi

Fevralın 3-də Qusar Rayon Dövlət Rəsm Qalereyasında Gənclər Gününə həsr olunmuş "Oğuz ellərinin tarixi" adlı sərgi keçirilib. Sərgi Əlil və Gənc Rəssamlar Birliyi ilə birgə təşkil olunub.
Sərgini giriş sözüylə qalereyanın direktoru Nərminə Salmanova açaraq Gənclər Gününün önəmindən, ölkəmzdə gənclərə göstərilən qayğıdan danışıb. Əlil və Gənc Rəssamlar Birliyinin sədri, rəssam Şəmsəddin Böyükdüzlü qurumun yaranması, fəaliyyəti, nümayiş olunan əsərlər haqqında qonaqlara bilgi verib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Yağlı boya ilə işlənmiş təbiət mənzərələri, tarixi mövzuda 30-a yaxın əsər tamaşaçıların böyük marağına səbəb olub. Sərgidə Qusar rayonundan olan gənc rəssamların da əsərləri nümayiş etdirilib.

Soltan