Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanasının uşaq şöbəsində “Qəhrəmanlarımızı tanıdaq” adlı tədbir keçirilib. Tədbir fevral ayında anadan olmuş Milli Qəhrəmanlarımıza həsr edilib.
Dövlət himninin ifası ilə başlanan tədbirdə Mübariz İbrahimov, Bəylər Ağayev və Təbriz Xəlilbəylinin həyat və fəaliyyətindən, keçdikləri döyüş yolundan söhbət açılıb. Sonda kitabxanaçı Zibeydə Məmmədova mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisində nümayiş olunan ədəbiyyatlar haqqında oxuculara məlumat verib.
* * *
Fevralın 8-də Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Şanlı qəhrəmanımız Mübariz İbrahimov” mövzusunda xatirə tədbiri keçirilib.
Kitabxananın müdiri Esmira Həsənova Mübariz İbrahimov haqqında geniş məlumat verib. İcra Hakimiyyətinin məsləhətçisi Kənan Məmmədov Milli Qəhrəmanın ailəsi ilə bağlı xatirələrini bölüşüb.
MKS-nin direktoru Elmira Əliyeva, Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva, Mərkəzi Mədəniyyət Evinin rəhbəri Pərvin Nəzərəliyeva və başqalarının çıxışı dinlənilib. MKS-nin əməkdaşı Esmira Rəcəbli, balaca oxucu Fidan Rəcəbli Milli Qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.
Sonda M.İbrahimov haqqında sənədli film nümayiş etdirilib, “Ürəklərdə yaşayan qəhrəman” adlı kitab sərgisinə baxış olub.