Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Qusar rayonunda olublar.
Heydər Əliyev Mərkəzində qonaqları qarşılayan Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov onlara rayon haqqında ətraflı məlumat verib. Sonra iştirakçılar “Şahdağ” Turizm Mərkəzinə yola düşüblər. Qış məktəbinin iştirakçıları Quba və Xaçmazda da olublar.
Qeyd edək ki, layihədə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil müəssisələrindən 43, Azərbaycan universitetlərindən isə 12 nəfər olmaqla ümumilikdə 55 nəfər iştirak edir.