Səkkiz ilə yaxın müddət ərzində hər rübdə bir dəfə oxucuların görüşünə gələn “Mingəçevir leysanı” ədəbi dərgisinin 31-ci sayı ədəbiyyatsevərlərə “Bənövşə” adı ilə təqdim olunub. Jurnalın baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin dediyinə görə, nəşrin adının dəyişdirilməsi daha geniş əhatə dairəsində təmsil olunmaq arzusu ilə bağlıdır.
Jurnalın poeziya bölümündə Mübariz Dözümlü, Məlahət Yusifqızı, Zümrüd Rəhimova, Ramiz İsmayılov, Məmməd Mərzili, Bəhman Gülövşəli, Səxavət Kəlbəcərli və başqalarının şeirləri, nəsr bölümündə Elçin Hüseynbəylinin “Məzar gəlini”, Tural Sahabın “Çörək oğrusu”, Mirsədi Cəliloğlunun “Bizim uçitel” və Nazim Çərkəzoğlunun “Otuz dörd il sonrakı görüş” hekayələri dərc olunub.
Jurnalda şəhərdə keçirilən kitab təqdimatları, digər tədbirlər haqqında yazılar da yer alıb.