Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında narkomaniyaya qarşı mübarizə ilə əlaqədar “Ağ ölüm”ün qara fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəblilər, müəllimlər, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.
MKS-nin direktoru U.Qurbanova, metodika və biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova, oxu zalının müdiri S.İsgəndərova insanların təhlükə mənbəyinə çevrilən narkomaniyanın acı nəticələrindən danışıblar. Sonda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.