Zərdab rayon Mərkəzi kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Əsrlərin yadigarı ana dilim” mövzusunda tədbir keçirilib.
MKS-nin direktoru Nailə Əliyeva tədbiri açaraq ana dilimizin daş kitabələrdən üzübəri keçdiyi yoldan, onun uşaqlara sevdirilməsində kitabların, bədii əsərlərin rolundan danışıb. Uşaq şöbəsinin müdiri Aysel Adilqızının mövzu ilə bağlı məruzəsi dinlənilib. 2 və 3 saylı məktəblərin şagirdləri ana dilimiz haqqında şeirlər söyləyiblər.