Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” adlı dəyirmi masa təşkil olunub.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov çıxış edərək tədbirin “Multikulturalizm ili” çərçivəsində keçirildiyini bildirib. Şöbənin aparıcı məsləhətçisi Nəriman Məlikovun “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər multikulturalizmin əhəmiyyəti, digər mədəniyyətlərin mahiyyəti, qarşılıqlı anlaşma kimi məsələlərdən söz açıblar. Azərbaycanda milli azlıqların mədəniyyətlərinin, adət-ənənələrinin, yaşam tərzlərinin, mətbəxlərinin qorunması və təbliğinə hər cür şəraitin yaradıldığı vurğulanıb.