Qusar Dövlət Rəsm Qalereyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb.
Qalereyadan verilən məlumata görə, sərgidə Azərbaycanın tanınmış, eləcə də yerli rəssamlarının əsərləri nümayiş olunur. Ekspozisiyaya Oqtay Sadıqzadə, Altay Hacıyev, Elbəy Rzaquliyev, Tağı Tağıyev, Məmməd Mustafayev, Rafiq Mehdiyev, Yelena Kərimova, Davud Kazımov, Mirnadir Zeynalov, Nərgiz Hüseynəliyeva, Söhrab Nağıyev, Anar Hüseynzadə, Nəzifə Əmiraslanova, Güllü Mustafayeva və başqalarının qadın mövzusunda çəkdikləri əsərlər daxildir.
Sərgi 10 gün davam edəcək.

Soltan