Bərdə rayon Yeni Daşkənd kənd Ziyafət Balıyev adına Folklor evinin özfəaliyyət kollektivi rayon Mədəniyyət mərkəzində ədəbi-musiqili proqram təşkil edib. Tədbirdə öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Aqşin Hacızadə “Bir sevgi tarixi yazdı Fərizə” adlı şeirini söyləyib. Sonra vətənpərvərlik ruhlu konsert proqramı təqdim edilib.
Səslənən musiqi və nəğmələr dinləyicilərdə böyük coşqu hissi yaradıb. Elnur Hüseynovun sazda ifa etdiyi “Misri” aşıq havası sürəkli alqışlarla qarşılanıb.