Tərtər rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə rayon mərkəzindəki istirahət parkında səyyar kitabxana xidməti təşkil edilib.
Səyyar xidmətin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan kitablarla əhalini tanış etməkdir.
İstirahət parkında mütaliə həvəskarlarına müxtəlif mövzularda 300-dən çox kitab nümayiş olunub.
Rayon əhalisinin böyük marağına səbəb olan səyyar kitabxana xidmətinin digər məkanlarda da təşkili nəzərdə tutulub.