Lerik rayonu Bradi kənd klubunda Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 47-ci ildönümü ilə əlaqədar “Böyük şəxsiyyət, əbədi lider” adlı tədbir keçirildi. Tədbirdə Hamarat kənd məktəbinin direktoru Güloğlan Hadıyev, Daster kənd həkim məntəqəsinin müdiri Nizami Suvarov, Bradi kənd sakinləri Adil Hüseynov, Rəvvaq Nəcəfov, Teyyub Qurbanov, Lənkəran Dövlət Universitetinin builki məzunu Tural Əliyev və başqaları Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı respublikamızın yeni mərhələyə qədəm qoyduğunu, bütün sahələrdə tərəqqi, intibah dövrünün başlandığını bildirdilər, respublikamızın bugünkü inkişafından söz açdılar.
Sonda tədbir iştirakçıları “Dahi lider” adlı sərgiyə baxdılar.
Zəfər Orucoğlu
Lerik rayonu