Siyəzən rayon Mədəniyyət mərkəzi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə oğlan və qızlar arasında şahmat yarışı keçirilib. 40 nəfərin qatıldığı yarışdan öncə rayon Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova çıxış edərək iştirakçılara uğurlar arzulayıb. İki gün davam edən şahmat yarışının qalibləri rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və Mədəniyyət mərkəzi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.