Şirvan şəhər Mərkəzi kitabxanasında “Milli Qəhrəmanları tanıyaq” mövzusunda disput keçirilib. Tədbirdə iyul ayında yubileyləri qeyd olunan Milli Qəhrəmanlar Kərim Kərimov, Samir Zülfüqarov və Sadiq Hüseynov haqqında məlumat verilib.
Gənc nəslin vətənə məhəbbət, el-obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb.
Uşaqlarla qəhrəmanlar, vətənpərvərlik haqqında sual-cavab aparılıb. Onlar vətənsevərlik ruhlu şeirlər söyləyiblər. Sonda tədbir iştirakçıları Mərkəzi kitabxananın foyesində “Şirvan şəhidləri” fotostendi ilə tanış olublar.