Sumqayıtda şəhər Mədəniyyət evi və S.Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan böyük şairin yaradıcılığı haqqında məlumat verib. Mədəniyyət evinin “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal, Mehdi Yusifov və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, ansamblın solisti Elşən Quliyevin ifasında ruhani havası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Meyxanaçı Ədalət Dağlının çıxışı və “Xəzər ulduzları” rəqs ansamblının üzvü Nərgiz Əliyevanın ifasında milli rəqs nümunələri tədbiri daha da rövnəqləndirib.
Tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.