Şabran rayonunun Aygün kəndi ərazisində, Çaqqaltəpə abidəsində 5 min illik tarixə malik qazma tipli evlər aşkarlanıb. Kür-Araz mədəniyyətinə aid abidə ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun verdiyi məlumata görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu - III minilliyin əvvəlinə aiddir.