Oktyabrın 10-da Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində “Nənələrin boğçasında qorunan gözəllik” adlı səyyar sərgi təşkil edilib. Sərgidə muzeyin fondunda qorunan 120-dən artıq müxtəlif növ tikmə nümunələri nümayiş olunub.
Muzeyin direktoru A.Xudiyeva, İcra Hakimiyyəti başçısının müavini Y.Naxçıvanski çıxış edərək bir ay davam edəcək sərgini yüksək qiymətləndiriblər.