Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar bölgələrdəki mədəniyyət ocaqlarında keçirilən tədbirlərin bir qismi barədə məlumat vermişdik. Daha bir neçə şəhər və rayondan gələn məlumatları diqqətinizə çatdırırıq.

Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın müstəqillik tarixi” mövzusunda dəyirmi masa təşkil edilib. Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev tədbiri açaraq “Müstəqil Azərbaycan: quruculuq və inkişaf yolunda” mövzusunda məruzə edib. Mərkəzi kitabxananın direktoru Ş.Şixəliyev, Heydər Əliyev Mərkəzinin direktoru D.Seyidova, Uşaq incəsənət məktəbinin direktoru Q.Zülfüqarova və başqaları çıxış edərək müstəqillik tariximizə nəzər salıblar. “Müstəqil Azərbaycan” adlı sənədli film nümayiş olunub.
* * *
Cəlilabad rayon MKS-də "Müstəqilliyimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə MKS-nin direktoru E.Hüseynov, Ombudsman aparatı Cəlilabad regional mərkəzinin rəhbəri Z.İsmayılov, tarixçi Ə.Mirzəzadə çıxış edib. Şəhər 2 saylı orta məktəbin şagirdləri və Tibb Kolleci tələbələrinin ifasında müstəqilliyə həsr edilmiş kompozisiyalar səsləndirilib.
* * *
Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə muzeyin fond mühafizi Ruhəngiz Əhmədovanın məruzəsi və muzeyin bələdçisi Mahirə Heydərovanın çıxışı dinlənilib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva çıxış edərək müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb və bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə Zaqatala rayon Mərkəzi kitabxanasında “Azad, müstəqil Azərbaycanın 25 illiyi” adlı sərgi təşkil olunub və sərgi ətrafında oxucularla söhbət aparılıb.
* * *
Qazax rayon MKS-nin təşkilatçılığı ilə Dəmirçilər kənd kitabxana filialı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ahıllara səyyar kitabxana xidməti göstərib.
* * *
Füzuli Dövlət Dram Teatrı Müstəqillik Günü ilə əlaqədar N saylı hərbi hissədə keçirilən tədbirdə iştirak edib. Teatrın repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb”, Ə.Mərdanlının “Qara qoçun qurbanı" və s. tamaşalardan parçalar təqdim edilib. Rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva çıxış edib. Hərbçilərimiz aktyorların ifasında mahnı və rəqsləri, aparıcıların söylədiyi vətənpərvərlik ruhlu şeirləri də alqışlarla qarşılayıblar.
* * *
Şamaxıdakı M.Ə.Sabirin ev-muzeyinin əməkdaşları rayon MKS-nin əməkdaşları ilə birgə “Müstəqilliyimiz ədəbidir” mövzusunda dəyirmi masa keçiriblər.
Şamaxı Dövlət Rəsm Qalereyasında isə İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işlərindən ibarət “Azərbaycanım mənim" adlı sərgi keçirilib. Eyni zamanda müstəqilliyimizi əks etdirən fotosərgi təşkil olunub.
Şamaxı rayon Mərkəzi kitabxanasında “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzüsunda dəyirmi masa keçirilib. Tədbirdə MKS-nin direktoru Ərəsdun Xələfov, şöbə müdirləri Zemfira Hacıyeva, Vüsalə Əsgərova və başqaları çıxış edib.
* * *
Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada təşkil olunan tədbirdə MKS-nin direktoru Eldar Urufov, kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Zərifə Kərimova, MKS-nin direktor müavini Nəzakət Salmanova çıxış ediblər. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
* * *
Qusar rayon Mərkəzi kitabxanasında təşkil olunan dəyirmi masada MKS-nin direktor müavini Lyudmila Məmmədova, Uşaq şöbəsinin müdiri Südabə Bağışova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Rübabə Zahirova və digərləri Azərbaycanın müstəqillik yolundan söz açıblar. Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlər rayondakı bütün kitabxana filiallarında keçirilir.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında "Müstəqilliyimiz sərvətimizdir” adlı dəyirmi masa keçirilib. MKS-nin direktor müavini Hüriyyə Sultanova, kitabxananın işçiləri Gülnarə Səmədova, Talehə Dəmirova çıxış ediblər.
* * *
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər proqramı həyata keçirirlər. Tədbirlərdə müstəqil vətənimizə həsr olunmuş səhnəciklər, ədəbi-bədii kompozisiyalar təqdim olunur.
* * *
Hacıqabul rayon MKS-nin Mərkəzi kitabxana və kitabxana filiallarında dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunub. Muğan qəsəbə, Navahı, Qızılburun, Qarasu, Şorbaçı, Paşalı kənd kitabxana filiallarında sərgilər təşkil olunub, dəyirmi masalar keçirilib. Mərkəzi kitabxananın Xidmət və Uşaq şöbələri 4 saylı orta məktəbdə, Rəncbər kənd kitabxana filialı kənd məktəbində kitab sərgisi, 24 saylı şəhər kitabxana filialı Səxavət Rüstəmov adına 7 saylı məktəbdə dəyirmi masa təşkil edib.
* * *
Beyləqan rayonunun mədəniyyət ocaqlarında da tədbirlər təşkil olunub. Müdafiə Nazirliyinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzində “Vətənə, dövlətə canımız fəda” devizi altında hərbi-vətənpərvərlik mövzusunda bayram tədbiri keçirilib.