Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı bölgələrdəki mədəniyyət ocaqlarında tədbirlər davam edir.
Ucar rayon MKS-də “Müstəqil Azərbaycanım” mövzusunda keçirilən dəyirmi masada çıxış edənlər müstəqillik yoluna nəzər salıb, şagirdlər vətənsevərlik ruhunda şeirlər söyləyiblər.
Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Nəriman Nərimanov adına 25 nömrəli orta məktəb ilə birgə “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” başlığı altında ədəbi-bədii gecə təşkil edib.
Zərdab rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində dönüş mərhələsi" adlı tədbir keçirilib.
Şamaxı rayon Mərkəzi kitabxanasında “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzusunda dəyirmi masa keçirilib. İncəsənət təhsili mərkəzində Müstəqillik Gününə həsr olunmuş bayram konserti, Heydər Əliyev Mərkəzində təşkil edilən dəyirmi masadan sonra sənədli film təqdim olunub.
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində keçirilən tədbirdə çıxış edənlər müstəqilliyimizin 25 illik yoluna nəzər salıblar.
Neftçala rayon MKS-nin təşkilatçılığı ilə Samid İmanov adına 1 saylı orta məktəbdə və Günəşli kənd kitabxana filialında Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib.
Göygöl şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Xidmət şöbəsində “Azərbaycanın müstəqilliyi əbədidir” başlığı altında tədbirdə məruzə dinlənilib.
Şabran rayon MKS-nin 15 saylı Günəşli kənd kitabxanasında “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib.
Kəlbəcər rayon MKS-nin Oxu zalında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbirdə çıxışlar dinlənilib, uşaqlar vətən haqqında şeirlər səsləndiriblər.