Şuşa Dövlət Musiqili Dram Teatrında  Kamal Abdullanın “Pis oğlan" əsəri səhnələşdirilib. Artıq bir aydır ki, məşqləri gedən tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Mart ayında səhnəyə çıxarılacaq tamaşanın repertuara salınmasını teatrın təşkilati işlər üzrə direktor müavini Enurə Abdullayeva istəyib. E.Abdullayevanın sözlərinə görə, davamlı olaraq Kamal Abdullanın əsərlərinə müraciət ediləcək: “Mən ümid edirəm ki, haqqında danışılan tamaşa daha maraqlı olacaq. Birinci dəfədir ki, Kamal Abdullanın əsərinə müraciət edirik. Təqdimatı Mahnı Teatrında keçiriləcək tamaşanı gəlcəkdə festivallara da göndərmək fikrimiz var". 
Əsas rolları teatrın aparıcı aktyorları Rauf Şahsuvarov və Püstəxanım Zeynalova ifa edəcəklər. 

ELMİN