İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Şəki teatrsevərlərinin qonağı olub. Teatrın yaradıcı kollektivi budəfəki səfərdə tamaşaçılara ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ithaf olumuş “Xilaskar” tamaşasını təqdim edib.
S.Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşanı şəhər rəhbərliyi, habelə ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri də izləyiblər.
Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən ictimai-siyasi proseslərdən bəhs edən birhissəli sənədli-publisistik dramın müəllifi yazıçı-dramaturq Aqşin Babayevdir. Tamaşanın quruluşçu rejissoru və tərtibatı Oruc İzzətoğlu, rejissor assistenti Elnarə Heydərova, musiqi tərtibatçısı isə Miranda Qurbanovadır. Baş rolun ifaçısı teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. Tamaşada əsas rolları xalq artistləri Esmira İsmayılova, Süleyman Nəcəfov, əməkdar artistlər Vidadi Əliyev, Nazir Rüstəmov, artistlər Məhərrəm Rzayev, Əjdər Zeynalov, Əhliman Ərşadov və başqaları ifa ediblər.
Tamaşada cərəyan edən hadisələr bir daha göstərir ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsizlərin şəxsi ambisiyaları ucbatından ölkəmizdə xaos, böhran və özbaşınalıq yaranmışdı, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi və belə bir vaxtda xalqın təkidi ilə Bakıya gələn Heydər Əliyev müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoydu, onun əbədiliyini və dönməzliyini təmin etdi.
Müvəffəqiyyətlə başa çatan tamaşanın sonunda teatrın kollektivinə, habelə baş rolun ifaçısı İftixar Piriyevə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.