S.Vurğun adına Rus Dram Teatrı öz repertuarına bir çox yeni əsərlər daxil etməyi, eləcə də “Karamazov qardaşları”nı tamaşaya qoymağı planlaşdırır. Bu barədə teatrın baş rejissoru Aleksandr Şarovski mətbuat konfransında bəyan edib: “Biz teatrın repertuarına 4-5 yeni əsər, eləcə də Dostoyevskinin “Karamazov qardaşları”nı, Maqsud İbrahimbəyovun, Boris Lukinskinin əsərlərini daxil etməyi planlaşdırırıq».
Baş rejissor onu da bildirib ki, teatr kollektivinin tezliklə xaricə qastrolu planlaşdırılır.
Baş rejissor onu da bildirib ki, teatr kollektivinin tezliklə xaricə qastrolu planlaşdırılır.