FEDERİKO QARSİA LORKA
   
   GİTARA
   
   Sübhün piyaləsin
   vuraraq yerə
   gitara başlayıb
   öz naləsinə.
   Çətin ki, ovuna,
   uda səsini,
   əbəsdir söyləmək
   «sus» kəlməsini.
   Yeknəsək, yanğılı
   inləməsində
   axar su harayı
   dinir səsində.
   Dəli külək kimi
   gəlib fəryada,
   o, şərqi söyləyir
   bəyaz qara da.
   Uzaq səadəti səsləyir
   bu səs,
   onu yalvarışlar
   susdura bilməz.
   Qızmar səhraların
   qumsal döşündə,
   ağ çiçək bitirmək
   həvəsidir bu.
   Tarıma çəkilmiş yaydan
   sıçrayan,
   hədəfsiz bir oxun
   həsrətidir bu.
   Qürubun sübh üçün
   hıçqırtısıdır,
   bu səs quşcığazın son nəfəsində,
   həyata əbədi əlvidasıdır.
   Ah, yazıq gitara, lənətlənərək
   beş iti xəncərlə doğranan ürək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar