Sentyabrın 2-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində kukla teatrlarının “3-dən az, 2-dən çox” adlı Beynəlxalq festivalı keçiriləcək. Həmin tədbirdə ölkəmizi Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi təmsil edəcək. Aktyorlarımız festivalda yazıçı-dramaturq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini göstərəcəklər.
Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin baş məsləhətçisi Vəfa Novruzova rəhbərlik edəcək.