S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 137-ci mövsümünə hazırlaşır. Bu barədə teatrın direktor müavini Valentina Razninova məlumat verib.
Onun sözlərinə görə, açılış mərasimi sentyabr ayının 15-də olacaq. Teatrsevərlərə ilk olaraq "Kral Lir" pyesi təqdim olacaq. Tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovski, baş rolun ifaçısı isə xalq artisti Nodar Şaşıqoğludur.