«Hər nə istəsəniz»
   
      Layihənin prodüseri Rafiq Əliyevdir. Tamaşa Mədəniyyət və Turizm və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu tamaşada gənc rejissorların və aktyorların yaradıcılığına yer verilib. Onların məharətləri isə göz qabağında... Tamaşa komediya janrındadır, sevgi, dostluq, ehtiras barədədir.
    Qraf Orsino (Elşən Rüstəmov) Oliviaya aşiqdir. Olivianın (Həcər Ağayev) isə qardaşı öldüyü üçün onun yasını saxlayır və gözü başqa heç nə görmür. Onların həyatını gəmi qəzasında ayrı düşən, əkiz və bir-birinə çox bənzəyən bacı-qardaş dəyişir. Bacı Violanı (Ellada Həsənova) sahildə tapan kapitan onun qrafın sarayına girməsinə nail olur. Elə hadisələr də bundan sonra başlayır. Özünü kişi kimi təqdim edən Viola qrafın elçisi olaraq Olivianın yanına gedir. Violanı kişi sanan Olivia ona vurulur. Bir-birini əvəz edən komik səhnələrdə keçmişin və bu günün problemləri əks etdirilir. Sonda Violanın öldüyünü qənaətində olan qardaşı Sebastian (Mikayıl Mikayılov) geri qayıdır. Səhnədə ən çox görünən Olivianın qulluqçusu Mariadır. Hər kəs öz sevgisini tapır sonda. Nikbin sonluqla bitən tamaşada hər kəs xoşbəxt görünür. Elə deyəsən, tamaşaçılar da... Alqışlar susmur... Hər kəs bu uğura əl çalır...
   THE END. Yəni tamaşanın sonu.
   
   Günel







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar