May ayında “Böyük olmayan teatr” adlı Rusiyanın prodüser mərkəzi Bakıya gələcək. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından verilən xəbərə görə, mərkəzin yaradıcı kollektivi teatrın səhnəsində “Bir dəfə bürkülü gecədə...” adlı tamaşa ilə çıxış edəcək.
   Tamaşanın quruluşçu rejissoru Andrey Noskovdur. Rolları Anfisa Çexova, Andrey Noskov, Serqey Şolox, Quaram Bablişvili ifa edəcəklər. Musiqi tərtibatçısı Konstantin Qubin, rəssam Leonid Podosenov, rəqslərə quruluş verən Eldar Sayfutdinovdur. Qeyd edək ki, tamaşa mayın 15 və 16-da teatrsevərlərin ixtiyarına veriləcək.