Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında aparılan əsaslı yenidənqurma və təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Görülən işlər teatr kollektivinin fəaliyyətinin daha da yaxşılaşmasına imkan verəcək.
   Təmir-bərpa işlərinə 2008-ci ilin noyabrında başlanmış binanın 5 min kvadratmetrlik fasad hissəsinə yeni üzlük vurulub, dam örtüyü dəyişdirilib. Teatr binasının ətrafına hasar çəkilib, dekorasiyaların daşınması üçün xüsusi keçid tikilib. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Fasadın kürsü hissəsi də şəbəkəli dizayn əsasında yenidən bərpa edilib və Azərbaycanın 6 məşhur dramaturqunun büstləri bərpa olunaraq yenidən fasadın görməli yerində qoyulub. Binanın həyətində zirzəmi və iki mərtəbədən ibarət yeni bina tikilib. Əvvəllər teatrın əsas binasında yöndəmsiz şəkildə yerləşdirilən dülgər, çəkməçi və tikiş sexləri, dekorasiya avadanlığı və geyim otaqları, eləcə də digər təsərrüfat əhəmiyyətli sahələr həmin korpusa köçürüləcək. Daxili interyerdə də maraqlı yeniliklər var. Belə ki, foyedəki tağlar və tavandakı milli naxış və ornamentlər bərpaçıların yüksək bədii zövqündən soraq verir. Teatrın səs-akustika və səhnə-işıqlandırma sistemi də müasir layihə və texnologiyalar əsasında yenidən qurulur. Bərpa və yenidənqurma işlərini “Sanur” şirkətinin mütəxəssisləri həyata keçirirlər.
   Hazırda teatrın zallarında, rəssam otağında, lojada və yardımçı otaqlarda qızğın iş gedir. Döşəməyə parket vurulur, binanın arxasında hər biri 200 kubmetrlik 2 su anbarı tikilir. Teatrın ərazisində Şərq memarlığı üslubunda tağvari yeni giriş qapısı və əlavə qonaq otağı inşa olunur.
   Layihəyə əsasən, teatrın ətraf ərazisində də geniş abadlıq işləri aparılacaq. Bərpa və yenidənqurma işləri mayın sonunda başa çatdırılacaq.
   AzərTAc







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar