Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni fəaliyyətə başlamış yaradıcılıq studiyasının “Təbəssüm” rəqs kollektivi Türkiyə Radio-Televiziya Qurumunun (TRT) xətti ilə keçiriləcək 32-ci Beynəlxalq Uşaq Festivalında iştirak edəcək. “Təbəssüm” rəqs kollektivinin 20 nəfərdən ibarət solisti Türkiyənin İzmir şəhərində təşkil olunacaq konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcək. Azərbaycanlı uşaqlar həmçinin dəvət olunmuş nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərə də qatılacaqlar. Dünyanın müxtəlif ölkələrindən gələn uşaqlar bayram günlərində Ankaraya yola düşəcək və burada Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin üzvləri və TRT-nin rəhbərliyi ilə görüşəcəklər. Bu görüşlərdə “Təbəssüm”ü 11 yaşlı rəqqas Vaqif Əsədov təmsil edəcək. Festivalda balacaların çıxışları aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Balaca artistlərin səfəri Musiqili Komediya Teatrının “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində gerçəkləşəcək. Bütövlükdə festivalda dünyanın 47 ölkəsindən balaca istedadlar iştirak edəcəklər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar