Prezident İlham Əliyev martın 10-da “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilib. Komissiyanın sədri: Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri. Komissiya sədrinin müavinləri: Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Mikayıl Cabbarov - təhsil naziri, Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri, Əli Abbasov - rabitə və yüksək texnologiyalar naziri. Komissiyanın üzvləri: Kamal Abdullayev - millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Novruz Məmmədov - Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri, Fatma Abdullazadə - Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Elmira Süleymanova - Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri, Azad Rəhimov - gənclər və idman naziri, Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Aslan Aslanov - AZƏRTAC-ın baş direktoru, Urxan Ələkbərov - Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Samir Nuriyev - Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, Zərifə Salahova - Azərbaycan Kitab Cəmiyyətinin sədri.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar