![](/img/news/700x420/480.jpg)
Opera və Balet Teatrının mətbuat xidmətinin məlumatına görə, orkestrin budəfəki qastrol səfəri avqustun 5-10-u tarixlərinə nəzərdə tutulub. Musiqiçilər səfər çərçivəsində festivalın qala-konsertində çıxış edəcəklər. Qala-konsertdə Avropanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirovun əsərləri ifa olunacaq.
Konsertdə orkestrin çıxışını Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov və Münhen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi sayəsində baş tutacaq.
Samirə Behbudqızı