Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Kursların uğurlu nəticələr verdiyi, həmçinin ölkəmizdə I Avropa Oyunlarının keçiriləcəyi və xidmət səviyyəsinin günün tələbi səviyyəsində qurulmasının vacibliyi nəzərə alınaraq növbəti mərhələnin aprelin 6-dan 13-dək (8 gün) Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
Təlim-tədris kurslarında əsasən 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək. Təlimlər Bakı Turizm Peşə Məktəbində keçiriləcək və aprelin 13-də dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar