Növbəti mədəni tədbir Qubaya həsr olunacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi davam edir. Layihə üzrə Bakıda respublikanın şəhər və rayonlarının incəsənət ustalarının iştirakı ilə konsertlər təşkil olunur, bölgələrin adət-ənənələri, tətbiqi sənəti, mətbəx nümunələri, sosial-iqtisadi inkişafı və turizm potensialını əks etdirən sərgilər nümayiş olunur.
Layihə çərçivəsində Quba rayonuna həsr olunmuş növbəti tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında reallaşacaq.
Xatırladaq ki, "Bölgələrdən paytaxta" layihəsi üzrə 10 fevralda Masallı rayonunun, 2 martda isə Qəbələ rayonunun təqdimatı keçirilib. Layihənin növbəti tədbirləri Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarına həsr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar