Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 137-ci teatr mövsümünü İlyas Əfəndiyevin pyesi əsasında rejissor Bəhram Osmanovun hazırladığı “Xurşidbanu Natəvan” tamaşası ilə yekunlaşdıracaq. Teatrın bağlanışı iyunun 28-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutacaq.
“Xurşidbanu Natəvan” tamaşasında xalq artistləri Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Sabir Məmmədov, Cəfər Namiq Kamal, Sadıq İbrahimov, Kazım Abdullayev, Mehriban Xanlarova, Ələsgər Məmmədoğlu, Pərviz Bağırov, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Tofiq Hüseynov, artistlər Vəfa Rzayeva, Anar Heybətov, Rövşən Kərimduxt, Mətləb Abdullayev, Məzahir Cəlilov, Əlvida Cəfərov və Aslan Şirinov iştirak edirlər.