Bakı Uşaq Teatrı 9-cu mövsümünü başa vurmağa hazırlaşır. Teatrdan bildiriblər ki, yay tətili ərəfəsində burada böyüklər üçün səhnələşdirilən “İmperator” tamaşasının son məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Vidadi Əliyevdir. Musiqi tərtibatı Mahir İbrahim və Vüqar Camalzadəyə məxsusdur. Yeni tamaşada əsas rolları Mehman Dilqəmoğlu, Oqtay Quliyev, İlhamə Əhmədova, Könül Şahbazova və Cavanşir Məhərrəmov ifa edirlər.
Əsərin bu günümüzlə bağlılığı, onun təbii dili, müəllifin müasir dövrün əsas problemlərini olduğu kimi canlandırmaq səyləri aktyorların peşəkar oyununda da öz əksini tapıb. “İmperator” pyesi həm janr, həm də üslub xüsusiyyətləri ilə fərqlənir. Əsərdə müasir cəmiyyətin bədii dərki məsələləri ön plana çəkilir.