Azərbaycan teatrlarında aparılan islahatlar davam etdiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə məlumat verib.
   “Gələn il biz teatrlara rejissorlar dəvət edərək onların müqavilələr əsasında işləməsini təmin edəcəyik. Bu istiqamətdə yeni tamaşaların səhnələşdirilməsinə xüsusi önəm veriləcək”.
   Nazir qeyd edib ki, artıq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Nazir teatrın binasının yeni mövsümə qədər istifadəyə veriləcəyini bildirib. “Dövlət Akademik Milli Dram Teatrının binası müasir standartlara cavab verəcək səviyyədə teatrsevərlərə təqdim olunacaq. Ümidvaram ki, teatr maraqlı və yüksək səviyyəli tamaşaları ilə bizləri sevindirəcək”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar