Babək rayonunda fəaliyyət göstərən xalq teatrı yeni tamaşa səhnələşdirir. Mədəniyyət müəssisəsindən verilən məlumata görə, kollektiv Bəxtiyar Vahabzadənin “Yollara iz düşür” əsərinə müraciət edib. Neftçilərin həyatından bəhs olunan tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Firdovsi Səfərovdur. Rolları Çinarə Abdullayeva, İsmayıl Qurbanov, Mahir Vəliyev və digər gənc aktyorlar ifa edirlər. Tamaşa avqust ayında ictimaiyyətə təqdim olunacaq.