UNESCO-ya üzv olan bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilir. Bu münasibətlə paytaxtla yanaşı, bölgələrdə də müxtəlif layihələr, nazirliyin qoruq və muzeylərində “acıq qapı” günləri keçirilir.
Bu il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan "İrs günləri" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi tarixi ərazilərdə qorunub saxlanılan irsin geniş kütlələr arasında təqdimatı, eyni zamanda qoruqlar arasında mübadilələrin aparılmasıdır.
Layihənin ilk tədbiri - Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatıdır. Tədbirdə misgərlərin, zərgərlərin, xalçaçıların, həkkakların, naqqaşların və başqa sənət ustalarının yaratdıqları maddi-mədəniyyət və sənətkarlıq nümunələri, yerli məhsullardan hazırlanmış mürəbbələr, milli və yerli mətbəxə aid təamlar və onların hazırlanma prosesi nümayiş olunacaq. Bütün bunlar ziyarətçilərə Azərbaycan regionlarının özünəməxsus xüsusiyyətləri ilə yanaşı, bir daha ölkəmizin fərqli bölgələrinin sıx bağlılığını və bənzərliyini göstərmək baxımından əhəmiyyətlidir.
Qalalı sənətkarların ifasında muğam musiqisi, qəzəllər, Lahıc folklor qrupunun ifasında tütək, dəf və başqa xalq çalğı alətlərində solo ifalar, milli rəqs nümunələri təqdim olunacaq. Əntiq Əşyalar Muzeyinin qarşısında Qala və Lahıc kəndlərini əks etdirən rəsmlər və fotostendlər sərgilənəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar